Çinin “Alibaba” internet şirkəti süni intellekt texnologiyalarına əsaslanan səsin tanınması sistemini sınaq rejimində istifadəyə verib. Bu haqda “Sinxua” agentliyi məlumat yayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, məlumata görə, yeni xidmət “qadağan edilmiş məzmunu (həmçinin pornoqrafik xarakterli) izləmək və müəyyənləşdirmək qabiliyyətinə malikdir”. Sistem səsli mesajı skriptə çevirir və sonuncu açar sözlərlə (qeyri-normativ və pornoqrafiya ilə bağlı sözlər bazası) müqayisə edilir.
Tərtibatçının sözlərinə görə, sistem həm onlayn, həm də oflayn rejimdə işləyir.
Yeni xidmətin sentyabrda istifadəyə verilməsi gözlənilir.