19 C
Baku
Sunday, May 19, 2024

“Alibaba” Türkiyəyə 1 mlrd. dollardan çox sərmayə qoyur

“Alibaba Group” İstanbulda və Ankara ətrafında logistika və məlumat mərkəzinin tikintisinə 1 milyard dollardan çox investisiya qoymaq niyyətindədir. Bu barədə Çin şirkətinin prezidenti Con Maykl Evans “Sabah” qəzetinə müsahibəsində danışıb.

Cənab Evansın sözlərinə görə, şirkət İstanbul Hava Limanında logistika bazası, eləcə də 200 min kvadratmetr sahəsi olan Türkiyənin ən böyük data mərkəzini tikmək istəyir. Alibaba prezidentinin sözlərinə görə, İstanbuldakı baza Avropa və Yaxın Şərqə malların tədarük zəncirində əsas nöqtəyə çevrilə bilər.

“Alibaba”nın 2022-ci il maliyyə nəticələri 2014-cü ildə IPO-dan bəri demək olar ki, ən zəif səviyyədədir. Çin texnologiya şirkətinin gəliri ilin sonunda illik ifadədə cəmi 3% artaraq 207.2 milyard yuana (29.12 milyard dollar) çatıb. Satıcıların saytda ticarət etmək üçün nə qədər pul ödədiyini müəyyən edən müştəri xidməti gəliri isə bu rüb 7% azalıb ki, bu da “Alibaba” tarixindəki ən pis göstəricidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər