10 C
Baku
Friday, December 13, 2024

“Alibaba”nın xalis gəliri birinci rübdə iki dəfə artıb

Çinin ən böyük internet şirkəti “Alibaba”nın xalis mənfəəti 2023-2024-cü maliyyə ilinin birinci rübündə (30 iyunda başa çatıb) illik müqayisədə 51% artaraq 4.735 milyard dollar təşkil edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Alibaba” bu rübdə yaxşı nəticələr göstərib, çünki yenidən təşkilimizə davam edirik”, – mesajda deyilir.

“Alibaba Group” – Çinin elektron ticarət sahəsində fəaliyyət göstərən ən böyük internet şirkətidir. 1999-cu ildə Cek Ma tərəfindən təsis edilib. Qrupun bir neçə törəmə şirkəti və internet saytları var: “Alibaba Pictures”, “Alibaba.com”, “AliExpress.com”, “Taobao.com”, “Tmall.com”.

Son xəbərlər
Digər xəbərlər