8 C
Baku
Friday, March 29, 2024

Alimenti baba və nənədən tələb etmək olarmı?

Nikahın pozulmasından sonra tərəflər arasında yaranan əsas problemlərdən biri də alimentin ödənilməsi ilə bağlı olur. Belə ki, bir çox hallarda ata alimenti ödəməkdən boyun qaçırır və ya müəyyən səbəblərdən həmin alimenti ödəmək imkanına sahib olmur. Belə olduğu halda alimenti nənə və ya babadan tələb etmək olarmı?

Hüquqşünas Nemət Ağalarov bildirib ki, bu, istisna hallarda mümkündür.

“Alimentin ödənilməsi ilə bağlı qətnamədə tərəflər ata və anadan ibarət ola bilər. Ata əmək qabiliyyətinə malikdirsə, o, müəyyən edilmiş alimenti ödəmək məcburiyyətindədir. Lakin yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir”, – deyə N.Ağalarov qeyd edib.

Mənbəe-huquq.az
Son xəbərlər
Digər xəbərlər