3 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Alimlər koronavirusu zərərsizləşdirən saqqız yaradıblar

ABŞ-ın “Penn’s School of Dental Medicine”, “School of Veterinary Medicine”, “The Wistar Institute” və “Fraunhofer USA” alimləri koronavirusun insandan insana ötürülməsinə mane ola biləcək saqqız hazırlayıblar.

Banker.az xəbər verir ki, “SARS-CoV-2 tüpürcək vəzilərində çoxalır və biz bilirik ki, yoluxmuş şəxs asqıranda, öskürəndə və ya danışanda bu virusun bir hissəsi sərbəst buraxılaraq başqalarına yayıla bilər. Bu saqqız tüpürcəkdə virusu zərərsizləşdirmək qabiliyyətini təmin edərək, xəstəliyin ötürülməsi mənbəyini azaltmağın asan bir yolunu təqdim edir”, – deyə tədqiqatın rəhbəri Henri Deniell söyləyib.

Tədqiqata görə, hazırlanmış saqqız virusların və ya onların hissəciklərinin insan hüceyrələrinə daxil olmasının qarşısını alır. Alimlər həmçinin aşkar ediblər ki, o, virus RNT səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər – o qədər ki, aşkar etmək demək olar ki, mümkün deyil.

İndi elm adamları saqqızın klinik sınaqlarını keçirmək üçün icazə istəyirlər. “Biz yoluxma ehtimalını azaltmaq üçün artıq maskalardan və digər fiziki maneələrdən istifadə edirik. Bu saqqız əlavə vasitə kimi istifadə edilə bilər”, – deyə Deniell qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər