Marsda həyat hələ də mümkündür. Banker.az bildirir ki, “Nature Geoscience” nəşri bunu yazır.
Alimlər belə qənaətə Qırmızı planet haqqında yeni məlumatlar aldıqdan sonra gəliblər.
Mütəxəssislər müəyyənləşdiriblər ki, Marsdakı suda çoxhüceyrəli orqanizmlərin yaşaması üçün kifayət edəcək miqdarda oksigen ola bilər. Yer Kürəsində müxtəlif canlı orqanizmlər oxşar şəraitdə duzlu və şirin göllərdə yaşamağa qadirdir. Bu, tədqiqatçılara Qırmızı planetdə də həyatın mövcud olmasını güman etməyə imkan verir.
Lakin bu nikbinliyi heç də bütün alimlər bölüşmür. Bir sıra alimlər hesab edir ki, Marsdakı göllərdə duzun və zəhərin miqdarı həddindən çox ola bilər. Bu səbəbdən orada orqanizmlərin yaşaması mümkün deyil.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
©Report