1 C
Baku
Saturday, December 14, 2024

Alimlər: “Mobil telefon və mikrodalğalı sobalar insan beyini üçün zərərli deyil”

Mobil telefon və mikrodalğalı sobaların insan beyini üçün zərərli dalğalar şüalandırması ilə bağlı geniş yayılmış fikir mövcuddur. Lakin alimlər tərəfindən aparılmış yeni tədqiqatda bu fərziyyə tam təkzib olunub.

Qeyd edilən qurğuların şüalandırdığı elektromaqnit radiasiyasının səviyyəsi çox aşağıdır və insan orqanizmi üçün zərərli deyil. Bu səbəbdən mobil telefonla uzunmüddətli kontaktın beyin xərçənginə gətirib çıxarması ilə bağlı fikir tam təkzib edilib.

Bildirilir ki, bundan əvvəl siçanlar üzərində keçirilən tədqiqatlar qeyri-obyektiv olub, çünki onların şüalandırıldığı radiasiyanın miqdarı real göstəricilərə uyğun olmayıb. Həyatda bu səviyyə çox cüzidir, eksperimentdə isə nüvə reaktorunun yaxınlığında mövcudluğa uyğun dozalardan istifadə olunub.

Fərziyyənin yanlışlığını 29 il aparılan araşdırmalar da təsdiq edir. Bu müddət ərzində insanların istifadə etdikləri mobil telefonların sayı 9 faizdən 90 faizədək artıb. Bununla belə, baş-beyin onkoloji xəstəliklərinin yaranma sayı dəyişməz qalıb. Lakin aparılan tədqiqatdan məlum olub ki, telefondan istifadə beyin fəallığının artmasını aktivləşdirir. Hazırda alimlər belə fəallığın səbəbinin aydınlaşdırılması ilə məşğuldurlar.

©ICTnews

 

Son xəbərlər
Digər xəbərlər