16 C
Baku
Thursday, May 2, 2024

Alimpaşa Məmmədovun işi başqa hakimin icraatına veriləcək

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəməyə sədrlik edən hakim dəyişdirilir.

Dəyişikliyə səbəb cinayət işinə sədrlik edən hakim Nural Əliyevin apellyasiya instansiyası məhkəməsinə təyinat alması olub.

Alimpaşa Məmmədovun işinin yaxın vaxtlarda Gəncə Ağır Cinayətlər Məhkəməsinin başqa hakiminin icraatına veriləcəyi gözlənilir.

Qeyd edək ki, hakim Nural Əliyev bir neçə gün əvvəl Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər