2 C
Baku
Saturday, December 14, 2024

Alış-veriş üçün ən yaxşı küçələr hansılardır?

Aşağıda sizə alış-veriş etmək üçün dünyanın ən yaxşı küçələrini təqdim edirik. Əgər siz də hazırda xaricdə alış-veriş etməyi planlaşdırırsınızsa bu şəhərlərə bir daha nəzər yetirin.

Fifth Avenue, New York

Bu alış-veriş etmək üçün seçəcəyiniz ən ideal variantdır və üstəlik də DisneyStore, Abercrombie&Fitch və H&M kimi brendlərin pərəstişkarısınızsa. Nyu-York nəhəng univermaqların, dizayner mağazalarının və heyranedici mağaza vitrinlərinin vətənidir.

Xüsusəndə bayram vaxtları burada canlanmanı hiss edə bilərsiniz.

Bond Street, London

Bu Avropanın ən canlı bulvarıdır. Həmçinin qitənin ən bahalı mağzaları da burada yerləşir.

Avenue Montain, Paris

Bu küçə Fransa paytaxtının həqiqətən də dəb mərkəzi olduğunun sübutudur. Parisin ən dəbdəbəli mağazaları məhz burada yerləşir.

Banhofştrasse, Zürih

Bu dünyanın ən gözəl küçələrindən biridir. Küçə yaşıl ağaclar və ən dəbli mağazalar ilə bəzədilmişdir. Küçə ilə gəzinti dəbdəbəli Confiserie Sprungli şirniyyat mağazası ilə bitir.

Via Montenapoleone, Milan

Bu dəb mərkəzidir. Bütün italyanlar və turistlər alış-verişi buradan edir. Burada həmçinin çoxsaylı zərgərlik mağazaları var. Dünyanın ən nəhəng brendlərinin hər birinin də burada baş ofisi var.

Rodeo-Drive, Beverly Hills

Bu bütün varlı və məşhur insanların öz qarderoblarını zənginləşdirdiyi yerdir. Bu dünyanın ən parlaq küçəsidir.

Gindza, Tokio

Bu 8 blokdan ibarət bütün bir rayondur. Bura həmçinin Tokioda dəbin yarandığı yerdir.

PCHooftstraat, Amsterdam

Amsterdam ticarət əlaqələrində əla təcrübə qazanmaq imkanı verən küçə təqdim edir. Burada şəhərin ən yaxşı muzeylərinin yaxınlığında ən yaxşı mağazaları tapmaq olar. Bura həmçinin ölkənin ən bahalı mənzilləri ilə də məşhurdur.

Stroget, Kopenhagen

Stroget – dünyanın möcüzəvi şəhərlərindən biridir. Avropanın ən uzun piyada ticarət rayonu burada yerləşir. Burada çox bahalı mağazalarla yanaşı, orta və aşağı təbəqənin də cibinə uyğun mağazalar tapmaq mümkündür. Bu da Stroget küçəsini ən populyar yerlərdən biri edir. Keçə eyni zamanda nəqliyyata qapalıdır.

Calle Serrano, Madrid

Bura alış-veriş etmək üçün dünyanın ən məşhur yeridir. Bu küçə Madridin ən varlı rayonunda yerləşir və eyni zamanda İspaniyanın ən varlı küçələrindən biridir. Əlbəttə ki, burada dünyanın ən məşhur brendlərini görmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər