3 C
Baku
Saturday, December 14, 2024

Alkoqolla qurban verilən ink uşaqları

Təqribən 500 il əvvəl Argentinada üç uşaq vulkanın zirvəsinə çıxarılır və insan qurban verilməsinin bir hissəsinə çevrilərək bir daha geri dönmürlər.

1999-cu ildə alimlər cəsədləri sanki bir neçə həftə öncə vəfat etmiş insanın bədənini xatırladan üç cəsəd aşkar edir. O zamandan etibarən isə onların həyatlarının son aylarını təyin etmək üçün mumiyalar üzərində araşdırmalar aparılır.

10624597_476271322512388_6449409155514989803_n

Yeni araşdırma isə belə müəyyən edir ki, üç uşağa daimi olaraq koka yarpaqları və alkoqol verilirdi ki, ola bilsin onların ölümündə də əsas rolu bu oynayıb. Bu üç uşaq qurban təqdim edilmənin bir hissəsi olub. Belə ki, onlar vulkanın zirvəsinə aparılaraq ya orada öldürülür, yaxud da orada ölümə tərk edilirdi. Tapılan bu mumiyalar isə dağda, 7000 metrdən çox yüksəklikdə soyuq və quru iqlim sayəsində mumiyalaşıb.

Bu mumiyalar içərisində ən yaxşı saxlanan isə “Buz qız” adlandırılan mumiyadır və sanki o elə indicə yuxuya gedib. Qədim inklər uşaqları qurban vermə mərasiminə bu mərasimdən hələ uzun müddət əvvəl başlayırdılar.

10384810_476271405845713_4292321664098280424_n

Onun ölümündən təqribən yarım il əvvəl bu qızcığaza “çiça” adlandırılan içki şəklində iri həcmdə alkoqol vermişlər. Bu içkini isə qarğıdalıdan hazırlayırdılar. Bundan əlavə isə onlara koka yarpaqlarını çeynəməyə məcbur edirdilər. Onunla birgə tapılan 4 yaşlı qız və 5 yaşlı oğlana da narkotik xarakterli maddələr verilirdi, lakin nisbətən az həcmdə.

Alimlər belə hesab edir ki, uşaqlara alkoqol və narkotik xarakterli yarpaqlar onları daha sözəbaxan vəziyyətə gətirmək üçün verilirdi. Bir sözlə vəhşilik…

Son xəbərlər
Digər xəbərlər