Alman şirkətinin Azərbaycandakı filialı ləğv olunub.
Banker.az xəbər verir ki, “Obermeyer Project Management GMBH” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 4/189, Falez Plaza, 5-ci mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu şirkət Almaniyada 1958-ci ildə təsis edilib. 2004-cü ildə Dubayda filialı açılıb. Şirkətin ilk layihələri Türkiyə, Səudiyyə Ərəbistan və Çində uğurla həyata keçib. “Obermeyer” 500-dən çox fərqli proqramı idarə edir. 1990-cı illərdə şirkət yolların, dəmiryolların, nəqliyyat və infrastruktur planlaması üçün öz proqram təminatını hazırlayıb