8 C
Baku
Thursday, December 12, 2024

Almaniya 10 yanvar tarixinə qədər sərt karantin tətbiq edəcək

Almaniya hökuməti dekabrın 16-dan etibarən karantin şərtlərinin sərtləşdirəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, hazırda qüvvədə olan bütün məhdudiyyətlər 2021-ci il 10 yanvar tarixinə qədər uzadılır.

Qida məhsulları mağazaları və supermarketlər, apteklər, yanacaqdoldurma məntəqələri, banklar, poçt şöbələri, kimyəvi təmizləmə və camaşırxanalar istisna edilməkdə, həmin günə qədər bütün pərakəndə ticarət və xidmətlər qadağan edilir.

Bərbərxanalar, gözəllik və masaj salonlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Bar, restoran və kafelərin daxilində müştərilərə xidmət göstərmək qadağan olunsa da, özü ilə götürmə və evədək çatdırılmaya icazə verilir. Bundan əlavə, hökumət işəgötürənlərdən işçiləri evə köçürmələrini tələb edib.

Son xəbərlər
Digər xəbərlər