29 C
Baku
Friday, June 14, 2024

Almaniya dördgünlük iş həftəsini sınaqdan keçirəcək

Almaniyada əməkhaqqını olduğu kimi saxlamaq şərti ilə iş həftəsi dörd günə endiriləcək, əldə edilən nəticələr isə konsaltinq şirkəti “Intraprenör” və Münster Universitetinin alimləri tərəfindən qiymətləndirəcək.

Tədqiqatda müxtəlif sənaye sahələrini təmsil edən 50-dən çox şirkətin iştirak edəcəyi gözlənilir, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir. Sentyabrın 1-dən etibarən təşkilatlar eksperimentdə iştirak etmək üçün müraciət edə bilərlər. Fevralın 1-dən etibarən iştirakçı şirkətlər altı ay ərzində dördgünlük iş həftəsinə keçəcək, işçilərin maaşları isə dəyişməz qalacaq.

Pilot layihənin ilk nəticələri may ayında açıqlanacaq. Yekun hesabatın dərci oktyabr ayına planlaşdırılır.

Təcrübə həftədə beş gün əvəzinə dörd gün işləyən işçilərin həyatlarından daha çox razı olub-olmadığını və özlərini daha sağlam hiss edib-etmədiklərini, həkimlərə daha az müraciət edib-etmədiklərini və məhsuldarlığın eyni qaldığını öyrənmək məqsədi daşıyır.

Layihə Böyük Britaniya kimi digər ölkələrdə də oxşar təcrübələr aparmış “4 Day Week” qeyri-kommersiya təşkilatı tərəfindən dəstəklənir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər