16 C
Baku
Thursday, April 25, 2024

Almaniya fevralda Azərbaycandan neft idxalını iki dəfə artırıb

Almaniya 2023-cü ilin fevral ayında Azərbaycandan 80.579 milyon avro ($86.340 milyon) dəyərində 130.155 min ton neft idxal edib. Bu barədə Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsindən məlumat verilib.

Statistik məlumatlara görə, 2023-cü ilin yanvar ayında Almaniya Azərbaycandan 42.713 milyon avro ($45.997 milyon) dəyərində 69.573 min ton, 2022-ci ilin fevral ayında 103.309 milyon avro ($117.173 milyon) dəyərində 168.964 min ton neft alıb.

Beləliklə, cari ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin fevral ayında Azərbaycandan Almaniyaya neft idxalı miqdar ifadəsində 1.9 dəfə, dəyər ifadəsində 1.9 dəfə artıb.

2022-ci ilin fevral ayı ilə müqayisədə idxal miqdar ifadəsində 23%, dəyər ifadəsində 22% azalıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər