Almaniya Ukraynaya hərbi və humanitar yardımlar çərçivəsində ümumilikdə 16.8 milyard avro dəyərində yardım göndərib.
Bunu Almaniya Kansleri Olaf Şolts bu gün Bundestaqda (parlament) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Almaniya təkcə digər ölkələrin xahişlərini rəhbər tutmamalı, həmçinin öz təhlükəsizliyinin təmin olunması məsələsinə diqqət etməlidir.
Kansler onu da qeyd edib ki, Ukraynaya yardım edən ölkələr sırasında Almaniya ABŞ-dan sonra ikinci yerdədir.
Şolts onu da əlavə edib ki, Qərb Kiyevi hazırda lazım olan tank, hava hücumundan müdafiə sistemləri və döyüş sursatları ilə təmin edir.