Almaniya iqtisadiyyatı ardıcıl ikiillik geriləmədən sonra artıb

Almaniya iqtisadiyyatı ardıcıl ikiillik geriləmədən sonra 2025-ci ildə yenidən inkişaf edib.

Federal Statistika İdarəsinin hesabatına əsasən, ötən il ümumi daxili məhsul (ÜDM) əvvəlki illə müqayisədə 0,2 faiz artıb. 2025-ci ildə ÜDM ölkə üzrə 4 trilyon 470,5 milyard – adambaşına isə 53 min 519 avro olub.

Qeyd edək ki, 2024-cü ildə iqtisadi geriləmə 0,5 faiz, 2023-cü ildə isə 0,9 faiz təşkil edib. Avropanın ən böyük iqtisadiyyatının cari ildə təxminən 1 faiz artım göstərəcəyi proqnozlaşdırılır. Bu artımın əsas səbəbləri kimi iş günlərinin sayının çoxalması, eləcə də dövlətin silahlanma və infrastruktur sahələrinə investisiyalarının artması göstərilir.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər