25 C
Baku
Monday, April 29, 2024

Almaniya iqtisadiyyatı böhran yaşayır

Almaniya hökuməti 2024-cü ildə ölkənin ÜDM-nin 0.2% artacağını təxmin edərək, iqtisadi proqnozunu aşağıya doğru yenidən nəzərdən keçirib. Payızda bu rəqəmin 1.3% olacağı gözlənilirdi.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, belə azalma qlobal iqtisadiyyatın aşağı artım templəri və Almaniya Federal Konstitusiya Məhkəməsinin büdcədən 60 milyard avro xərclənməsini qadağan edən qərarı ilə bağlıdır.

Almaniya İqtisadiyyat Nazirliyi rəqəmlərlə bağlı şərh verə bilməyəcəyini, hökumətin rəsmi hesabatın dərcindən sonra məlumat verəcəyini bildirib.

Xatırladaq ki, Almaniya iqtisadiyyatı ciddi böhran yaşayır. Ölkənin ÜDM-i 2023-cü ildə 2022-ci illə müqayisədə 0.3% azalıb.

Almaniya Federal Statistika İdarəsinin ekspertləri 2023-cü ilin sonunda istehlak qiymətlərinin artması səbəbindən əhalinin alıcılıq qabiliyyətinin azaldığını qeyd ediblər.

Mətbuatın yazdığına görə, bir çox almaniyalı pula qənaət etməyə məcbur olub.

Bundan əvvəl Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib ki, ölkə iqtisadi artımı təmin edə bilmədiyi üçün yoxsullaşır.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər