Almaniya iqtisadiyyatında bu ilin 2-ci kvartalında 10,1 faizlik geriləmə ilə rekord göstərici qeydə alınıb.
Bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, sonuncu dəfə bu səviyyədə geriləmə 1970-ci ildə müşahidə olunub.
“Reuters” tərəfindən aparılan sorğuda iştirak edən təhlilçilər, əvvəlki rüblə müqayisədə milli istehsalda illik 9,9 faiz azalma proqnozlaşdırmışdılar.