8 C
Baku
Thursday, December 12, 2024

Almaniya, İtaliya, İsveç və İspaniya yeni tankın yaradılması haqqında müqavilə imzalayıb

Almaniya İtaliya, İspaniya və İsveçlə “Leopard 2” tankının yeni nəslini hazırlamaqla bağlı müqavilələr imzalayıb.

Bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.

Tankın hazırlanmasına “Krauss-Maffei Wegmann” (KMW) və “Rheinmetall” şirkətləri cavabdeh olacaq. Almaniya Müdafiə Nazirliyi müqavilənin imzalanması ilə bağlı məlumatı şərh etməyib.

Qəzetin məlumatına görə, layihədə İsveçin “Saab” və İtaliyanın “Leonardo” şirkətləri də iştirak edəcək. İspaniyanı hansı şirkətin təmsil edəcəyi məlum deyil.

Qeyd etmək lazımdır ki, bu tip müqavlə Fransa və Almaniya arasındakı münasibətlərə təsir edə bilər, çünki bu ölkələr daha əvvəl – 2017-ci ildə analoji sazişə imza atmışdılar. Üstəlik, bu ilin iyulunda hər iki tərəf imzalanmış sazişə “yeni nəfəs” vermək istəklərini bildirmişdilər. Lakin ölkələr tankın xüsusiyyətləri ilə bağlı razılığa gələ bilməyiblər.

Son xəbərlər
Digər xəbərlər