6 C
Baku
Sunday, December 15, 2024

Almaniya müharibəni dayandıra bilər – Ukrayna XİN

Almaniya Kiyevin Rusiya ilə bağlı xəbərdarlıqlarını eşitməli və Moskvaya qarşı yeni siyasət yürütməyə başlamalıdır.

Bu barədə Ukrayna Xarici işlər naziri Dmitri Kuleba Almaniyanın “DER SPIEGEL” jurnalında dərc olunan məqaləsində yazıb.

“Təəssüf ki, nə Ukraynanın, nə Almaniyanın, nə də Avropanın yeni kursa uzun müddətdə keçməyə vaxtı var. İndiki fəaliyyətlə keçmişin səhvlərini düzəltməyin və dərhal Rusiya neftinin idxalına qadağa qoymağın və təbii qazdan asılılığı kökündən azaltmağın vaxtı çatıb”, – deyə nazir bildirib.

O, hesab edir ki, enerji daşıyıcılarına embarqo qoyulması Rusiyanın əməliyyatına bir neçə həftə, hətta bir neçə gündə son qoyacaq.

XİN başçısı bunun Almaniya üçün ağrılı olacağını etiraf edib: “Biz bilirik ki, Almaniyanın Rusiya enerji resurslarından asılılığı son dərəcə yüksəkdir. Bu zəiflik son onilliklərdə Almaniyanın Rusiyaya qarşı qeyri-real siyasətinin nəticələrindən biridir”.

Nazir, həmçinin qeyd edib ki, Berlin Rusiyaya qarşı ciddi sanksiyalara və Ukraynaya ağır silahların tədarükünə hazır olmalıdır.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər