11 C
Baku
Thursday, November 14, 2024

Almaniya nağd vəsaitlərlə əməliyyatlara limit qoymaq niyyətindədir

Almaniya hökuməti nağd vəsaitlərlə əməliyyatların həcminə limit qoyulması məsələsini nəzərdən keçirir.

TASS-a istinadən xəbər verir ki, Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti belə məlumat yayıb.

Məlumata görə, ölkənin Maliyyə Nazirliyi limitin 5 min avro səviyyəsində olmasını təklif edir. Bu rəqəmdən artıq məbləğlər üzrə isə əməliyyatlar bank vasitəsilə həyata keçirilməlidir.

Nəşr belə bir addımın atılmasına gətirib çıxaran səbəblərdən biri kimi beynəlxalq terrorizmə qarşı mübarizəni göstərir. Belə ki, terrorçuların böyük məbləğdə nağdsız ödənişlərini izləmək çətindir.

Qəzet Maliyyə Nazirliyinin Parisdəki terror aktlarından sonra daha bir təhlükəsizlik tədbiri işləyib hazırlamaq istədiyini və bu səbəbdən belə limitin tətbiqinin nəzərdən keçirildiyini də yazıb.

 

Report

Son xəbərlər
Digər xəbərlər