Azərbaycan ötən il Almaniyaya xam neft ixracının həcmini 67 faiz artırıb.
Banker.az bunu rəsmi rəqəmlərə istinadən xəbər verir.
2023-cü il ərzində Qərbi Avropa ölkəsinə 1 341 min ton həcmində xam neft satıb.
İxrac edilmiş xam neftə görə Azərbaycana $871.93 milyonluq valyuta daxil olub.
Neftin bir tonu 2022-ci ildə 703 dollar olduğu halda 2023-cü ildə azalaraq 650 dollara satılıb.