13 C
Baku
Saturday, May 18, 2024

Almaniya ruslar üçün viza prosedurunu sərtləşdirir

Almaniya Rusiya vətəndaşları üçün viza prosedurlarını sərtləşdirəcək.

Bu barədə Rusiyadakı Almaniya səfirliyində ruslara viza verən “VisaMetric” şirkəti məlumat yayıb.

Bildirilir ki, Almaniya vizası almaq istəyən ruslar indi Avropa İttifaqı (Aİ) ölkələrindən hər hansı birində fəaliyyət göstərən bankdan çıxarış təqdim etməlidirlər. Viza almaq istəyən şəxs Şengen zonasında qaldığı müddət üçün kifayət qədər pula sahib olacağını təsdiqləməlidir.

Sentyabrın 12-də Avropa İttifaqı Rusiya ilə viza rejiminin sadələşdirilməsini rəsmən dayandırıb. Şengen vizası üçün müraciət proseduru bahalaşıb

Son xəbərlər
 ⁠
Digər xəbərlər