Almaniya və BƏƏ mayeləşdirilmiş təbii qazın tədarükünə dair müqavilə imzalayıb.
Bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.
Bununla yanaşı, enerji təhlükəsizliyi və sənayenin inkişafı üzrə də sazişlər bağlanıb.
Almaniya təkcə tədarüklə bağlı müqavilələr bağlamağa deyil, həm də yeni texnologiyalar sahəsində əməkdaşlığı genişləndirməyə ümid edir. Xüsusilə, bu, ekoloji cəhətdən təmiz hidrogen istehsalına aiddir.