-3 C
Baku
Sunday, December 15, 2024

Almaniya və Gürcüstan XİN başçıları Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Almaniyada səfərdə olan Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Almaniya xarici işlər naziri Annalena Berbokla görüşüb.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Berlində baş tutan görüş çərçivəsində tərəflər Almaniya-Gürcüstan əlaqələri ilə yanaşı, Gürcüstan-NATO, Gürcüstan-Aİ əlaqələrinə diqqət yetiriblər. Annalena Berbok Berlinin Gürcüstanın avrointeqrasiyasına, həmçinin ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib.

Tərəflər regionda və dünyadakı geosiyasi vəziyyət fonunda Almaniya-Gürcüstan əməkdaşlığının vacibliyini vurğulayıblar. Məlumatda qeyd olunub ki, Annalena Berbok Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsindəki rolunun vacibliyini vurğulayıb və Gürcüstan Baş nazirinin “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü” və Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi də daxil olmaqla, Gürcüstan tərəfinin bu istiqamətdəki səylərini alqışladığını bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər