Almaniyada qeydiyyatda olan “SolarTempel GMBH” Azərbaycanda da törəmə şirkət təsis edib.
Banker.az xəbər verir ki, Dövlət Vergi Xidməti “SolarTempel GMBH” MMC-ni dövlət qeydiyyatına alıb.
Şirkət Baki şəhəri Nərimanov rayonu, Təbriz ev.39K m.2 ünvanında dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 50 000 manatdır və şirkətin qanuni təmsilçi Almaniya Federativ Respublikası vətəndaşı Ramazan Karakayadır.