11 C
Baku
Monday, November 18, 2024

Almaniya XİN rəhbəri: “Kiprdə iki dövlətli həll yolu ola bilməz”

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Kiprdə iki dövlətli həllin olmayacağını bildirib.

Banker.az AA-ya istinadən xəbər verir ki, Baerbok bu barədə Berlində Yunan Kipr Administrasiyasının xarici işlər naziri Yoannis Kasulidis ilə birgə görüşdən sonra keçirilən  mətbuat konfransında danışıb.

Görüşdə Kipr məsələsinin müzakirə edildiyini qeyd edən Baerbok, “Almaniya qətiyyətlə sizin tərəfinizdədir. Həll yalnız BMT qətnamələrinə əsaslana bilər. Kiprdə iki dövlətli həll yolu ola bilməz” deyib.

Kipr probleminin ancaq Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları əsasında həllinin ola biləcəyini vurğulayan Baerbok, Cənubi Kipr Rum Administrasiyasına yeni təkliflərdə dəstək verməyə hazır olduqlarını qeyd edib.

Son xəbərlər
Digər xəbərlər