Almaniyada yeraltı qaz anbarlarının dolululuq səviyyəsi 91%-i ötüb.
Bu barədə ölkənin Federal Şəbəkə Agentliyi məlumat yayıb.
Məlumata görə, Almaniyada ümumi qaz saxlama səviyyəsi hazırda 91,02%-dir.
Qeyd olunur ki, topdansatış qiymətləri hələ də əhəmiyyətli dəyişkənliklərə məruz qalır, lakin çox yüksək səviyyədə qərarlaşıb.
Qurum şirkətləri və ev təsərrüfatlarını qaz qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına hazırlaşmağa və istehlaka qənaət etməyə çağırıb.