Almaniyada “Amazon” şirkətinin əməkdaşları tətil elan edib.
Tətil Almaniyanın Leyptsiq, Bad-Hersfeld, Raynberq, Vern və Koblents şəhərlərində keçirilir.
Əməkdaşlar koronavirus pandemiyası fonunda şirkətdən əmək təhlükəsizliyinin artırılmasını tələb edir.
Qeyd olunur ki, Bad-Hersfeld şəhərindəki “Amazon” müəssisəsində 40-a yaxın işçi virusa yoluxub.
Tətildə, ümumilikdə nə qədər işçinin iştirak etdiyi məlum olmasa da, Raynberqdəki logistika mərkəzində 450 nəfər işi dayandırıb. Leyptsiqdə də təxminən o qədər işçinin tətilə qoşulması gözlənilir.