12 C
Baku
Wednesday, December 11, 2024

Almaniyada bank binasına aparan 8 metrlik yeraltı tunel aşkar edildi

Almaniyanın Şpenqe şəhərində (AFR-in şimali) “Volksbank” bankının dayanacağı təmir edilərkən səkkiz metrlik tunel aşkar edilib. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat verib.

Qeyd edildiyi kimi, dayanacaq yerindəki plitələr çöküb və nəticədə şəhər rəhbərliyinin diqqətini çəkib. Bazar ertəsi günü problemin həllinə başlanılıb və transformator qutusundan başlayan səkkiz metr uzunluğunda və bir metr enində tunel aşkar edilib.

“Volksbank” sözçüsü cinayətkarların 23 may tarixində bankı qarət etmək istədiklərini bildirib. Xatırladaq ki, Almaniyada 23 may bayrama görə qeyri-iş günüdür.

Son xəbərlər
Digər xəbərlər