9 C
Baku
Friday, November 29, 2024

Almaniyada illik inflyasiya gözlənilmədən azalıb

Almaniyada dekabrda 8.7% faiz olan orta illik inflyasiya yanvarda 8.6 faizə enib.

Banker.az bunu, Almaniya statistika idarəsinin cümə axşamı açıqladığı ilkin məlumatlarına istinad edir.

Konsensus olaraq bir çox iqtisadçı bunun 8.9 faizə qalxacağını proqnoz edirdi.

Lakin, ilkin məlumatlara əsaslansaq yanvar ayında 1 faizlik inflyasiya qeydə alınıb, bu bir qədər gözlənilməz artımdır. Bu öncəki ayda əksinə, 0.8% defliyasiya qeydə alınmışdı və bu ay üçün birjalar 0.8% artım gözləyirdi.

Statistika İdarəsi qeyd edib ki, Almaniyanın istehlak qiymətləri indeksinə yenidən baxılıb. “2023-cü ilin yanvar ayından etibarən istehlak qiymətləri indeksi 2015-ci ildən 2020-ci ilin baza ilinə dəyişdirilir. Bu kontekstdə 2020-ci ilin yanvarından etibarən nəticələr yenidən hesablanır” deyə, Statistika İdarəsi bildirib.

Almaniya Avrozonanın nömrə 1 iqtisadiyyatdır. Bu da o deməkdir ki, Almaniyadan gələn iqtisadi indikatorlar avronun məzənnəsi üçün əsas drayverdir.

Bu xəbərə reaksiya rəqəmlərin özü kimi qarışıq oldu. Məsələn, avro/dollar son günlərdə itirdi dəyəri bir neçə dəqiqəlik bərpa edərək 0.40% artımla 1.0753 səviyyəsinə qalxıb.

 

Son xəbərlər
Digər xəbərlər