Almaniyada inflyasiya düşüb

Avro blokun əsas iqtisadiyyatı olan Almaniyada istehlak qiymətləri indeksi gözlənildiyi kimi  azalıb.

Banker.az Almaniya Statistika İdarəsinə istinadən xəbər verir ki, orta illik inflyasiya apreldə 7.2% təşkil edib. Martda bu 7.5% idi.

Bu göstərici avro valyutası üçün əhəmiyyət kəsb edir. Belə ki, Almaniya Avrozonanın ən iri iqtisadiyyatıdır və bu göstəricilərdəki dəyişmə Avropa Mərkəzi Bankının növbəti qərarlarında nəzərə alına bilər.

Hazırda EUR/USD cütlüyünün məzənnəsi 1.0970 səviyyəsindədir və sessiya ərzində 0.1% bahalaşıb.

 

Son xəbərlər
Digər xəbərlər