6 C
Baku
Saturday, December 14, 2024

Almaniyada pensiya yaşı artırıla bilər

Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı liderləri ölkənin sosial sferasında yaranmış maliyyə problemlərini özünəməxsus qaydada həll etmək istəyirlər.

Təşəbbüsün müəllifləri pensiyaya yaşını 67 yaşadək artırmağı təklif edirlər. Almaniyanın “Bild” qəzetində dərc olunan məqalə cəmiyyətdə, xüsusən də tezliklə pensiyaya yollanmağa hazırlaşanlar arasında ciddi narazılığa səbəb olub. Əgər təklif Bundestaqda təsdiqlənərsə onlar daha çox işləməli olacaqlar.

Təklifin təşəbbüskarları isə hesab edirlər ki, pensiya yaşının indiki formada qalması belə davam edə bilməz. Təşəbbüsdə pensiya yaşının tənzimlənməsi təklif edilir. Belə ki, 63 yaşında təqaüdə çıxmağı onlar səhv hesab edirlər.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər