Rusiyadan gələn qazın həcmin kəskin azalsa da, qaz anbarları nəzərdə tutulandan daha sürətlə dolur.
Bunu Almaniyanın İqtisadiyyat naziri Robert Habek bildirib.
Nazir qeyd edib ki, məqsəd oktyabrda anbarlarda doluluq səviyyəsini 85%-ə çıxarmaqdır. Lakin bu səviyyəyə yaxın günlərdə nail olunacaq. Hazırda anbarların 82%-i doludur.
Qeyd edək ki, qaz anbarlarının sürətli doldurulması üçün Almaniyada yay aylarında ciddi qənaət tədbirləri həyata keçirilib.