22 C
Baku
Tuesday, April 23, 2024

Almaniyada Şaxta Babanın verdiyi hədiyyədən narazı qalan uşaq polis çağırıb

Almaniyanın Çetel şəhərində doqquz yaşlı oğlan uşağı Milad bayramlarında aldığı hədiyyələrdən narazı qalaraq polis əməkdaşlarını çağırıb. Banker.az bu haqda NDR kanalına istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, çağırışa gəldikdə, çox qəzəbli bir uşaq gördülər. Oğlan uşağı onlara istəmədiyi hədiyyə aldığını söyləyib. Polis əməkdaşları uşağın istədiyi hədiyyələr siyahısı ilə, şam ağacın altına qoyulmuş hədiyyələri müqayisə etdikdən sonra, onların həqiqətən də üst-üstə düşmədiyini aşkar ediblər.

Mühafizə orqanlarının əməkdaşları qəzəbli uşağı sakitləşdirmək məqsədi ilə, Şaxta Babanın hədiyyələri səhv saldığını söyləyiblər.

Çərşənbə günü ABŞ prezidenti olan Donald Trump-ın yeddi yaşlı bir qız uşağının Şaxta Babaya inamını məhv etməyə çalışdığı haqda məlumat verilmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər