23 C
Baku
Saturday, April 20, 2024

Almaniyada seçkilərin ilkin nəticələri açıqlanıb

Almaniyada seçkilərin ilkin nəticələri açıqlanıb.

Banker.az xəbər verir ki, Almaniya Sosial Demokrat Partiyası 25.7% səslə 299 seçki dairəsi üzrə qalib gəlib.

Kansler Anqela Merkelin Xristian Demokrat və Xristian Sosial Birliklər blokunu seçicilərin 24.1%-i dəstəkləyib.

Ümumilikdə, səslər aşağıdakı kimi paylanıb:

Almaniya Sosial Demokrat Partiyası – 206 (25.7%)

Xristian Demokrat və Xristian Sosial Birliklər bloku – 196 (24.1%)

“Yaşıllar” – 118 (14.8%)

“Azad demokratik partiya” – 92 (11.5%)

“Almaniya üçün alternativ” – 83 (10.3%)

“Sol partiya” – 39 (4.9%).

Xatırladaq ki, Almaniyada parlament seçkiləri dünən, sentyabrın 26-da keçirilib. Anqela Merkel seçkilərdə iştirak etməyib. Bildirilir ki, Sosial Demokrat Partiyasından kansler vəzifəsinə əsas namizəd Olaf Şolçdur, Xristian Demokrat və Xristian Sosial Birliklər blokundan isə – Armin Laşet.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər