15 C
Baku
Friday, April 26, 2024

Almaniyanın aviaşirkəti 2018-ci ildə Avropanın ən böyük hava daşıyıcısı oldu

Almaniyanın Deutsche Lufthansa AG şirkəti, 2018-ci ildə sərnişin dövriyyəsi sahəsində bütün Avropa daşıyıcıları arasında ilk sırada yer alıb.

“142 milyon sərnişin (2018-ci ilə görə) ilə, Lufthansa Group Avropada bir nömrə oldu”, – deyə şirkət bildirmişdir. Bu artım Sürix, Münhen və Vyana aviahabları sayəsində olmuşdur.

Banker.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bazar lideri 2004-cü ildən etibarən ilk dəfə olaraq dəyişib. Əvvəllər ilk sıranı həmişə fransız-holland Air France-KLM aviaholdinqi tuturdu.

Eyni zamanda, agentliyin rəhbərliyi dəqiqləşdirir ki, liderlik yalnız sərnişin dövriyyəsi çərçivəsində dəyişmişdir (revenue passenger kilometers, RPK).

lufthansa header2018-ci ildə Lufthansa şirkətinin verdiyi məlumata görə, bu göstərici rəqiblərlə müqayisədə daha tez artaraq (9%) 284.561 milyard sərnişin kilometrinə qədər (PKM) yüksəlmişdir. Air France-KLM üçün bu göstərici 2,8% artmaqla 255,405 milyard pkm-a çatıb. British Airways üçün isə RPK ötən il  7,1% artaraq 270,657 milyarda çatmışdır.

Lufthansa Qroup – Avropanın ən böyük hava daşıyıcılarından biridir. Şirkətin baş qərargah Kölndə yerləşir, işçi heyətini isə 135.033 min insan təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər