5 C
Baku
Saturday, December 14, 2024

Almaniyanın işgüzar xanımları

Almaniyada işləyən qadınların sayı Avropa İttifaqına daxil olan ölkələrin əksəriyyətində olduğundan əhəmiyyətli dərəcədə yüksəkdir.

Bu haqda məlumatı ölkənin Federal statistika idarəsi (dasStatistischeBundesamt) vermişdir. Verilən məlumatlara görə, 2012-ci ildə Almaniyada 20-64 yaşa qədər 17,7 milyon qadın işləyirdi.  Bu bu yaş qrupuna daxil olan qadınların 71,5 faizini təşkil edir.

İşləyən qadınların yüksək faizləri isə yalnızca Hollandiya (71,9 faiz), Danimarka (72,2 faiz), Finlandiya (72,5 faiz) və İsveçdədir (76,8 faiz). Avropa İttifaqında orta göstərici isə 62,3 faizdir. Yunanıstan (45,2 faiz) və Maltada (46,8 faiz) hətta hər iki qadından birinin işi yoxdur.

Lakin IGMetall idarə heyətinin üzvü Christiane Benner-in nəzər nöqtəsinə görə Almaniyada qadınların məşğulluğunun bu yüksək göstəricisi insanı düşünməyə vadar edir. Almaniyada hələ də sırf qadın cinsinə mənsub olduğu üçün qadınlar iş və karyerada məhdud variantlara, inkişaf üçün daha aşağı imkanlara, gəlirlərə təqaüdlərə məruz qalırlar.

Son xəbərlər
Digər xəbərlər