-3 C
Baku
Sunday, December 15, 2024

“Alphabet” 23 mlrd. dollara “Wiz” startapını alması ilə bağlı danışıqları dayandırıb

“Financial Times” yazır ki, “Alphabet” (“Google”un ana şirkəti) və İsrailin kibertəhlükəsizlik startapı “Wiz” dəyəri 23 milyard dollar ola biləcək alışla bağlı danışıqları dayandırıb.

İyulun 15-də məlum olub ki, “Alphabet” “Wiz”i almaq üçün danışıqlar aparır. “Bloomberg” qeyd edir ki, “Wiz”in alınması “Google”a bulud həlləri bazarında “Microsoft” və “Amazon”u ötüb keçməyə kömək edə bilər.

Wiz” İsraildə yaradılıb və baş ofisi Nyu-Yorkda yerləşir. “Wiz” süni intellektdən istifadə edərək təhdidləri aşkar etmək və onlara cavab vermək üçün bulud əsaslı kibertəhlükəsizlik həlləri təqdim edir. Bu, dünyada ən sürətlə inkişaf edən proqram təminatı startaplarından biridir. “Wiz”in gəliri 2023-cü ildə təxminən 350 milyon dollar təşkil edib, bu ilin mayında isə şirkət özəl maliyyələşdirmə raundunda 1 milyard dollar cəlb edib.

Son xəbərlər
Digər xəbərlər