22 C
Baku
Thursday, May 9, 2024

Alüminiumun Azərbaycana gətirdiyi gəlir 100 milyon dolları ötdü

2022-ci ilin ilk 4 ayında Azərbaycandan xaricə 100 milyon 987 min dollar dəyərində 27 min 292 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən alüminiumun dəyəri illik müqayisədə illik müqayisədə 1.9 dəfə, miqdarı isə 23.5% artıb.

Ötən ilin yanvar-aprel aylarında isə xaricə 52 milyon 986 min dollar dəyərində 22 min 102 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər