9 C
Baku
Friday, December 13, 2024

“Amazon” 18 mindən çox işçisini ixtisar edəcək

“Amazon” şirkəti daha əvvəl elan etdiyi 10 min əvəzinə, 18 mindən çox işçisini ixtisar edəcək.

Bu barədə onlayn pərakəndə satış şirkətinin baş direktoru Andy Jesse bildirib.

Onun sözlərinə görə, qərar iqtisadiyyatdakı qeyri-müəyyənliklər və son iki ildə çoxlu sayda işçinin işə götürülməsi ilə əlaqədar olaraq 2023-cü il üçün planlaşdırmanın bir hissəsi kimi qəbul edilib.

Qeyd edək ki, ötən il noyabrda “Amazon” rəhbərliyi 10 min nəfəri ixtisar etməyi planlaşdırdığı bildirilmişdi. Həmçinin, rəhbərlik o zaman işçilərə əlavə ixtisarların istisna olunmadığı barədə xəbərdarlıq da edib.

Son iki il ərzində koronavirus pandemiyasının yaratdığı onlayn xidmətlərə tələbatın artması səbəbindən “Amazon”un işçilərinin sayı təxminən iki dəfə artıb. Eyni zamanda, sanitar məhdudiyyətlərin aradan qaldırılması ilə şirkətin gəlirlərinin artımı da azalıb.

“The Wall Street Journal”ın məlumatına görə, ümumilikdə şirkətdə 2022-ci ilin sentyabrına qədər təxminən 1,5 milyon insan çalışırdı.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər