6 C
Baku
Sunday, December 15, 2024

Amazon Bitcoini ödəniş vasitəsi olaraq qəbul edəcək

Dünyanın nəhəng ticarət platforması Amazon artıq bu ilin oktyabr ayından başlayaraq Bitcoini ödəniş vasitəsi olaraq qəbul edəcək.

Banker.az xəbər verir ki, dünya mediası bu haqda məşhur amerikalı investor və populyar podcastların aparıcısı James Altucherə istinadən məlumat yayıb.

Amazon rəhbərliyi sözügedən bu məsələ ilə bağlı bəyanatı 26 oktyabrda baş tutacaq növbəti telefon konfransı zamanı verəcək. Altucherin sözlərinə görə, bu məlumatı ona şəxsən Amazon Web Services rəhbəri Skott Mallinz təsdiq edib.

Maraqlıdır ki, Amazon şirkətinin əsas rəqibi eBay artıq Bitcoinlə ödəniş vasitəsi qismində maraqlandığını dilə gətirmişdi. Təbiidir ki, Amazon bazarın bu hissəsini rəqibə nəsib etmək istəmir.

James Altucherin sözləri həqiqət olaraq öz yerini tapsa və Amazon şirkəti Bitcoin rəqəmsal valyutasını ödəniş vasitəsi olaraq qəbul etsə, bu ilk kriptovalyutanın populyarlaşmasında və qiymətinin əhəmiyyətli dərəcədə artmasında ciddi amil rolunu oynaya bilər.

Son xəbərlər
Digər xəbərlər