Amazon.com Hindistanın “Bharti Airtel” telekom operatorunda ən azı 2 milyard dollar məbləğində pay almaq üçün danışıqlara başlayıb.
Banker.az xəbər verir ki, bu, “Amazon” un 300 milyondan çox abunəçisi olan Hindistanın üçüncü ən böyük telekommunikasiya şirkətinin hazırkı bazar dəyərinə uyğun olaraq səhmlərinin təxminən 5%-nə sahib olacağı deməkdir.
Qeyd edək ki, “Amazon” və “Bharti” arasındakı münasibətlər, qlobal oyunçuların “Realiance Industries” yə bahis etdiyi bir vaxtda inkişaf edir. .
“Reliance” nin rəqəmsal şöbəsi son həftədə “Facebook”, KKR və digərlərindən 10 milyard dollardan çox vəsait cəlb edib.
Bildirildiyi kimi, hal-hazırda tərəflər danışıqların birinci mərhələsindədirlər və müqavilənin şərtləri dəyişə bilər.
“Bharti” məhsullarını, kontentini və xidmətlərini müştərilərə tanıtmaq üçün mütəmadi olaraq bütün rəqəmsal oyunçularla birlikdə çalışdığını söyləyib.
“Amazon” Hindistanı elektron ticarətin genişləndirilməsinə 6,5 milyard dollar sərmayə qoyduğu ən əhəmiyyətli bazar hesab edir.
Mərkəzi Sietl şəhərində olan şirkət, son illərdə Hindistanda rəqəmsal təkliflərini xeyli genişləndirib – səs dinamikləri, videoçarxlar, bulud xidməti və s. Onun əsas məqsədi günü-gündən artmaqda olan İneternet istifadəçilərini cəlb etməkdir.