14 C
Baku
Friday, May 17, 2024

“Amazon” öz peyk internetini işə salacaq

Elektron ticarət və pərakəndə satış nəhəngi “Amazon” aşağı Yer orbitinə 3236 peyk buraxmağı planlaşdırır.

Şirkət “Starlink”ə alternativ olaraq öz peyk şəbəkəsini yaratmaq və kosmosdan şəbəkəyə çıxış xidmətləri göstərmək istəyir.

Layihə “Project Kuiper” adlanır.

Aprel ayında “Amazon” layihəni reallaşdırmaq üçün üç müxtəlif təşkilatla çox milyardlıq müqavilə imzalayıb. Söhbət “Blue Origin”, “United Launch Alliance” və “European Arianespace”dən gedir.

Qeyd olunur ki, bu, kommersiya məqsədli aerokosmik sənaye tarixində ən böyük raket sövdələşməsidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər