Jeff Bezos Amazon şirkətinin səhmlərinin satılması hesabına hər il özünün Blue Origin şirkətini 1 milyard dollar maliyyələşdirmək niyyətindədir.
Banker.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, gün ərzində hərracda şirkətin 1 səhminin dəyəri 909,28 dollar təşkil edib. Beləliklə, Bezosun öz vədini yerinə yetirməsi üçün 1099771 səhm satmaq kifayət edir. Biznesmen 80,9 milyon səhmə sahib olmaqla Amazon şirkətinin nəhəng səhmdarıdır.
Qeyd edək ki, Blue Origin şirkəti 2016-cı ilin sentyabr ayında bir neçə dəfə istifadə oluna bilən yeni ağır geri dönən raket – New Glenn-i təqdim etmişdi. Raketin iki variantının da yaradılması planlaşdırılır və 1 raketin dəyəri 2,5 milyard dollar təşkil edəcək.