“Amazon” şirkəti necə qazanır və FBA nədir?

Amazon – amerikan şirkətidir, əsasən elektron ticarət, bulud hesablamaları və süni intellekt sahələri üzrə ixtisaslaşıb. Bu şirkət Google, Facebook, Apple Microsoft ilə birlikdə “Böyük beşlik” qrupuna daxildir. Qeyd etmək lazımdır ki, Amazon-un fəaliyyət dairəsi həqiqətən genişdir və o, mənfəəti 10,1 milyard dollar olan nəhəng onlayn bazar kimi tanınır. 

Amazon şirkətinin ürəyi

185 ölkə, 480 000 şəhər, gündə 3 milyon bağlama, 2 milyondan çox satıcı – bu rəqəmlər Amazon şirkətinin fəaliyyət miqyasını təsəvvür etməyə kömək edir. Bu qədər böyük məlumat axınının öhdəsindən gəlmək üçün burada avtomatlaşdırılmış  Fulfilled by Amazon xidmətindən istifadə edilir. 

Bir qayda olaraq, FBA – malların saxlanması, qablaşdırlması və çatdırılması işini yerinə yetirən rahat platformadır. Anbarlar dünyanın hər təfərinə səpələnmişdir, satıcıya yalnız məhsulları vaxtında anbarala doldurmaq və lazımi qeydləri aparmaq qalır. 

Tutaq ki, Hindistandan birbaşa Amazon anbarına bir partiya mal sifariş edirsiniz. Malı göndərməmişdən əvvəl tədarükçüdən onların üzərinə FBA Labeled Inventory xidmətinin təqdim etdiyi xüsusi etiketlər vurmağı xahiş edirsiniz. Belə ki, bu halda Amazon işçiləri sizin sifariş etdiyiniz malı daha tez tapacaqlar. 

Satıcının qeydiyyata alınmış hesabı vasitəsilə “vitrinə” satmaq istədiyiniz malları əlavə edirsiniz və bir sıra marketinq alətlərinə çıxış əldə edirsiniz (hazır meydança, müxtəlif ödəniş üsulları və s.). Alıcılar mallarınız görürlər, sifariş edirlər və sizin birbaşa iştirakınız olmadan vaxtında alırlar. Beləliklə, rutin logistika sxemləri və saxlama ilə əlaqəli nüanslar artıq sizi narahat etmir. 

Amazon şirkətinin zəif tərəfi

Hər bir sistemdə (hətta ən etibarlı olsa belə) zəiflik tapmaq mümkündür. Amazon üçün bu, təkliflərin həcmidir. Bir çox proseslərin avtomatlaşdırılması və dünyanın hər yerindən daim yenilənən mal axını, saytda saxta məhsulların sayının artmasına gətirib çıxardı. Burada Gucci, Yves Saint Laurent, Louis Vuitton və digər tanınmış brendlərin saxta növlərini tapmaq mümkündür. 

Statistikaya görə, dünyada hər otuz məhsuldan biri saxtadır. Kölgə biznesi olduqca yaxşı qazanc gətirir, məsələn, 2022-ci ilə qədər onların satışından əldə edilən gəlir 991 milyard dollar təşkil edəcək. 

Amazon-da eyni bir məhsulu bir neçə kontor sata bilər. Məhsullar qiymət, çatdırılma şərtləri və reytinq baxımından fərqli ola bilər. Eyni zamanda, satıcıların hər biri malın təsvirini dəyişdirmək hüququna malikdir. 

Bəzən elə olur ki, vitrində olan mallar öz aktuallığını itirir və unudulur – məsələnin ən maraqlı hissəsi də məhz budur. Əvvəlki (köhnəlmiş, aktuallığını itirmiş) malın yerinə yenisi, tamamilə fərqli təsvirli yeni mal yüklənir. Və sonra hər şey sovet filmindəki kimi baş verir: “şalvar zərif şorta çevrilir”. 

Səhifədə dəyişikliklərin edilməsi qadağan olduqda, hiyləgər sahibkarlar moderatoru aldatmağı bacarırlar. Belə bir yanaşmanın faydalılığı göz qabağındadır, çünki şirkətlər onun populyarlaşmasına böyük məbləğlər xərcləyirlər.

Külək dəyirmanları ilə mübarizə

Hər il Amazon saxta məhsullarla mübarizəyə milyardlarla pul xərcləyir, şərəfsiz satıcıları müəyyənləşdirmək üçün şirkət özünün məlumat analizi sistemlərini tətbiq edir. Onlardan biri Project Zero proqramıdır və onun əsas məqsədi saxta malların sayını sıfıraq endirməkdir. Qeyd edək ki, bir sıra məşhur brendlər də bu proqrama qoşulurlar. 

Ümumilikdə saxta malları müəyyənləşdirən personala 400 milyon dollar vəsait ayrılır və hər gün 5 milyarddan çox səhifə skan edilir. Lakin bütün bu səylərə baxmayaraq, saxtalaşdırma hallarının sayı azalmır, əksinə çoxalır. Sərt yoxlama qaydaları dürüst satıcıların həyatını çətinləşdirdi və Amazon təslim olaraq, yeni kommersantlara qarşı şərtləi bir qədər sadələşdirdi. Bununla yanaşı, şirkət malın saxta və ya orijinal olmasından asılı olmayaraq, öz 15%-lik payını onsuz da alır. 

Qalib gələ bilmirsənsə, rəhbərlik et

Saxta malların sayta daxil olmasının qarşısını almaq əvəzinə, Amazon kopiyalamaqla məşğul olmağı seçdi. Belə qalmaqallardan biri ekoloji cəhətdən təmiz idman ayaqqabılarının istehsalı ilə məşğul olan Allbirds şirkətinə aiddir. Startapın təsisçisi Tim Braun malını Amazon vasitəsilə satmağa başladı, lakin sonra gördü ki, eyni məhsul saytın öz adından da istehsal olunur. Əlbəttə ki, daha aşağı qiymətə. 

Əslində, belə hallar çoxdur. Bütün tarix boyu böyük şirkətlər bir-birinin ideyasını oğurlayırlar. 

Kim qazandı

Sizcə, niyə Amazon saxta malları saytdan təmizləmir? Cavab – bu sərfəli deyil, özüdə bazarın bütün iştirakçıları üçün. 

Təsəvvür edək ki, şirkət saxta malların yayılması ilə mübarizə aparır və bu işə küllü miqdarda pul xərcləyir. Bu halda Abibas-ın alıcıları nə edəcəklər? Düzdür, rəqibləri seçəcəklər. Nəticədə, itirən Amazon olacaq. 

İstehakçılara gəldikdə, onların əksəriyyəti malı daha ucuz qiymətə almağa marağlıdır. Buna görə yalnız orijinal məhsul almaq istəyənlə rəsmi brendlərin mağazalarına üz tutsunlar.