12 C
Baku
Thursday, March 28, 2024

“Amazon” şirkəti “ağıllı” alış-veriş səbətlərini təqdim etdi

“Amazon” şirkəti Dash Carts məhsulları üçün ağıllı alış-veriş səbətlərini təqdim edib.

Banker.az xəbər verir ki, bu barədə CNBC məlumat verib. Qeyd edildiyi kimi, bu cihaz alıcının səbətə hansı məhsulu qoyduğunu müəyyən edir, qəbz hazırlayır və mağazadan çıxdıqda aldığınız malların qiymətini bank kartınızdan çıxır.

Xatırladaq ki, Dash Carts nağdsız Just Walk Out ödəniş texnologiyasından istifadə edir. Mağazaya daxil olduqdan sonra, alıcı “Amazon” tətbiqi vasitəsilə QR-kodu skan edir.

Bundan əlavə, bu səbət kamera və tərəzi ilə təchiz edilib. Müəyyən hallarda səbətin üzərindəki ekrana aldığınız məhsulun kodunu daxil etmək lazım gələ bilər.

Alış-veriş sona çatdıqda, tətbiq bank kartınızdan müvafiq məbləği çıxır və qəbzin bir nüsxəsini sizin elektron poçtunuza göndərir. Yəni kassadan keçmək tələb olunmur.

Vurğulanır ki, bu səbətlər məhsul çeşidi çox geniş olmayan mağazalar üçün əlverişlidir və 2020-vi ildə Los-Ancelesdə istifadəyə veriləcək.

amazon ağıllı səbət

Son xəbərlər
Digər xəbərlər