23 C
Baku
Tuesday, April 23, 2024

Amazon təsisçisi dünyanın ən varlı biznesmeni statusunu geri qaytardı

Banker.az xəbər verir ki, Amazon şirkətinin təsisçisi Jeff Bezos Forbes nəşrinin versiyasına görə yenidən dünyanın ən varlı biznesmenləri reytinqində lider olub. Nəşrin qiymətləndirməsinə görə, Bezosun cari sərvəti 93,1 milyard dollara çatıb.

Bezosun sərvəti sahibi olduğu Amazon şirkətinin kotirovkalarının əhəmiyyətli dərəcədə artımından sonra artıb. 27 oktyabr tarixində baş tutan ticarə sessiyasının nəticələinə əsasən, online pərakəndə nəhənginin səhmləri 13% bahalaşıb.

Bu isə şirkətin maliyyə hesabatının nəşr edilməsindən sonra baş verdi. Belə ki, nəticələr analitiklərin proqnozlarından daha yaxşı olub. Hesabatda qeyd edilir ki, Amazon şirkətinin əməliyyat gəliri III rüb ərzində 21 milyon dollara çatıb.

Nəticədə Bezos sərvəti 27 oktyabrda 89,9 milyard dollar olaraq qiymətləndirilən Microsoft yaradıcısı Bill Gates-i üstələyib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər