13 C
Baku
Bazar, Noyabr 28, 2021

“Amazon” vergi problemləri səbəbindən qərargahını başqa şəhərə köçürmək istəyir

Amerika texnologiya nəhəngi “Amazon” Sietl şəhər rəhbərliyinin tətbiq etdiyi sərt vergilərdən yaxa qurtarmaq üçün şirkətin qərargahını köçürəcək. Ofisin özünün ləğv edilməyəcəyi, yalnız qərargahın köçürüləcəyi deyilir. Bildirilir ki, son beş il ərzində Sietl şəhər şurası illik gəliri 20 milyon dollardan çox olan şirkətlər üçün yeni biznes vergiləri tətbiq edir. “Amazon” hər işçisi üçün şəhərin büdcəsinə 275 dollar ödəyib. Məlumatda qeyd olunur ki, yekunda bu, şirkətə ildə 60 milyon dollara başa gəlib.

Ancaq buna cavab olaraq “Amazon” şəhərin mərkəzindəki tikintini dayandıracağı ilə hədələyib. Biznes-qrupun təzyiqi altında icra orqanı vergini yumşaltmalı olub. Ancaq son vaxtlar bəzi şəhər şurası üzvləri vergilərin artırılmasında israr edirlər. Bu səbəbdən də şirkət əsas qərargahını başqa şəhərə köçürmək barədə düşünməyə başlayıb. Biznesin köçürülməsi üçün mümkün yerlər arasında Belvyu və Pyucet-Saundun adları çəkilir.

Mənbə:Apa
Son xəbərlər
Oxşar xəbərlər
X