3 C
Baku
Saturday, December 14, 2024

“Amazon” yeni sosial investisiya fondu yaradır

“Amazon” şirkəti aşağı səviyyəli karbon qazı ixrac edən texnologiyaları istehsal edən şirkətlərə (“Greentech” şirkətlər) investisiya yatıracaq.

Şirkət bunun üçün 2 milyard dollar büdcəyə sahib “The Climate Pledge Fund” adlı investisiya fondu yaradacaq. Fond nəqliyyat, logistika, energetika, kənd təsərrüfatı da daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən “Greentech” şirkətləri dəstəkləyəcək.

Yeni yaradılacaq fond [email protected] mail ünvanına göndərilən layihələri nəzərdən keçirəcək.

Qeyd edək ki, bu investisiya fondu “Amazon” şirkətinin iqlim dəyişikliyi ilə mübarizə proqramının bir hissəsidir. Şirkət 2040-cı ilə kimi karbon qazı ixracını sıfıra endirəcəyinə söz verib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər